Banklar Liqasının qalibi bəlli oldu

ESTAFET/ ETOPAZ-ın baş sponsor olduğu Banklar Liqası minifutbol turnirinə yekun vurulub.

11 dekabrda start götürmüş turnirdə 10 bank 2 qrupda mübarizə aparıb.

A qrupu 
1. Kapital Bank 
2. Ziraat Bank Azərbaycan 
3. Yelo Bank
4. Unibank
5. Expressbank 

B qrupu 
1. Bank VTB 
2. Bank of Baku 
3. ATB 
4. Azərbaycan Beynəlxalq Bank 
5. Kapital Gənclik

Qrup oyunlarından sonra pley-off, 1/4 final, daha sonra yarımfinal oyunları keçirilib və finalçılar müəyyənləşib.

Öncə 3-cü yer uğrunda qarşılaşmada “Yelo Bank” “Bank of Baku” üzərində 7:2 hesablı qələbə qazanaraq turnirin bürünc mükafatçısı olub. 

Final qarşılaşmasında isə “Kapital Bank” ABB üzərində 6:2 qələbə qazanıb və məğlubiyyətsiz keçən mövsümdə çempionluğunu elan edib. 

Turnirin ən yaxşı oyunçusu "Kapital Bank"dan Ceyhun Şirinli, ən yaxşı qapıçısı Həzrət Mirzəyev (ABB), ən məhsuldar oyunçusu isə 15 qol vurmuş Murad Əliyev ("Yelo Bank") olub.

Müəllif: Estafet.az