Cüdoçularımız Varşava Açıq Avropa turnirində iştirak edəcək

ESTAFET/ 25-26 fevralda Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. Yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.
48 kq
Ramilə Əliyeva
52 kq
Zeynəb Məmmədova
63 kq
Diana Şoranova
Nərgiz Hacıyeva
70 kq
Günel Həsənli
78 kq
Aytəkin Paşazadə

