Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib

Bu gün Voleybol Mərkəzində təşkil olunan X turda “Xarı bülbül”- MOİK-lə üz-üzə gəlib. Qarşılaşma Şuşa komandasının üstünlüyü ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn “Xarı bülbül” ikinci setdə 24:26 hesabı ilə məğlub olub. Bununla belə, təcrübə öz sözünü deyib. Üçüncü və dördüncü hissələri 25:17, 25:17 hesabı ilə qalib başa vuran “Xarı bülbül” 3 xalı 3:1 hesablı qələbə ilə əldə edib.

Qeyd edək ki, X turun “Neftçi” - “Murov” qarşılaşması baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq komandaya texniki məğlubiyyət veriblər.

Beləliklə, X turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

X tur

“Neftçi” - “Murov” 0:3 (texniki məğlubiyyət)

“Xarı bülbül” - MOİK 3:1 (25:19, 24:26, 25:17, 25:17)

Müəllif: Bəhruz MƏMMƏDOV