“Neftçi” “Zirvə Astara”ya məğlub oldu
ESTAFET/ Bu gün Astara Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 20-ci turunun son oyunu keçirilib.
Sports.az xəbər verir ki, "Zirvə Astara" komandası doğma divarlar arasında "Neftçi" basketbolçularını qəbul edib.
Oyuna üstün başlayan astaralılar sonradan üstünlüyü əldən versələr də, Zaur Paşayevin 4-cü dövrədəki inamlı oyunu sayəsində 89-81 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular "Zirvə Astara"da Zaur Paşayev (24 xal, 7 ribaund), "Neftçi”dən Mohsen Moradxani (25 xal, 10 ribaund) olublar.
Qeyd edək ki, 21-ci turun oyunları 8-12 mart tarixləri aralığında baş tutacaq.