“Neftçi” məğlub oldu

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 22-ci tura start verilib.

Turun açılış oyunu “Sərhədçi" İdman Mərkəzində "Neftçi" İK və "AAAF Xırdalan" komandaları arasında baş tutub.

Oyuna üstün başlayan "AAAF Xırdalan" basketbolçuları yekunda rəqibi üzərində 95:83 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Yuri Kondrakov (20 xal, 6 ribaund), "AAAF Xırdalan"dan Endryu Korum (29 xal, 11 ribaund) olublar.

22-ci turun digər oyunları ("Zirvə Astara" - "Sabah", NTD - "Sərhədçi", "Olimpik Şəki" - "Gəncə") 18 və 19 martda keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ