Kamerunlu basketbolçunu NBA-da MVP adına layiq görürlər
ESTAFET/ "Toronto Raptors"un forvardı Paskal Siakam Milli Basketbol Assosiasiyasında cari mövsümünün sonunda MVP tituluna layiq basketbolçu haqqında fikirlərini bölüşüb.
“Əgər MVP-yə kimin layiq olduğunu müəyyən etsəydim, bu mənim kamerunlu qardaşım Embiid olardı. O, uzun illərdir ki, yaxşı çıxış edir və bunu inanılmaz səviyyədə edir. O, sadəcə meydançanın hər iki tərəfində fantastik basketbol oynayır” deyə Siakam “The Volume”-a bildirib.
"Filadelfiya Siksers"in oyunçusu Joel Embiid bu mövsüm 65 oyunda meydana çıxıb, orta hesabla 33,3 xal, 10,2 ribaund və 4,2 məhsuldar ötürmə ilə yadda qalıb.