"Neftçi" və "Qarabağ" beynəlxalq turnirdə

ESTAFET/ “Neftçi” PFK-nın U-12 komandası sabah “İzmir Cup” beynəlxalq turnirində mübarizəyə başlayır.

Baş məşqçi Vaqif Əliyevin yetirmələri “H” qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tbilisi) və Rusiyanın “Zenit” klubları ilə qarşılaşacaq.

Komandanın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Paytaxt təmsilçisi artıq qardaş ölkəyə yollanıb. Daha öncə “Qarabağ”ın U-12 komandası da bu turnirdə iştirak üçün İzmirə getmişdi.

Müəllif: Məsim MƏSİMZADƏ