“Sərhədçi” və “Sabah”dan vacib qələbələr
ESTAFET/ Bu gün “Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 24-cü turunun iki oyunu baş tutub.
Turun açılış oyununda "Sərhədçi" region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib.
"Sərhədçi" basketbolçuları bu oyunda 94:91 hesablı çətin qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maksvel Starvud (35 xal, 7 ribaund), "Olimpik Şəki"dən isə Davante Kuper (29 xal, 5 ribaund) olublar.
Günün ikinci oyunu "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. Bu görüşdə 80:68 hesablı qələbə qazanan tərəf "Sabah" basketbolçuları olublar. Ən məhsuldar basketbolçular "Neftçi"dən Mohsen Moradxani (23 xal, 16 ribaund), "Sabah"dan isə Kamran Məmmədov (19 xal, 7 ribaund) olublar.
Tura aprelin 5-də keçiriləcək "Zirvə Astara" - NTD, "AAAF Xırdalan” - "Gəncə" oyunları ilə yekun vurulacaq.