"Sabah" Azərbaycan Basketbol Liqasının vahid lideridir

ESTAFET/ 20 aprel "Sərhədçi" İdman Mərkəzində, 27-ci turun ikinci oyunu baş tutub.

Play-off 'dan kənarda qalan "Sərhədçi" və çempionatın lideri "Sabah" komandalarının qarşılaşdığı oyunun yekununda, "Sabah" basketbolçuları rəqibləri üzərində 89-86 hesablı qələbə qazanıblar. Bu qələbədən sonra "Sabah" çempionatın şəriksiz lideri olub.

Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Trevor Blekmon - 26 xal, 6 ribaund), "Sabah BK" ( Entoni Patti - 33 xal, 4 ribaund)

Müəllif: Məsim MƏSİMZADƏ