Kapoeyra seminarı və yeni kəmər dərəcələrinin təqdimetmə mərasimi keçirilib

ESTAFET/ 23-24 aprel tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə kapoeyra seminarı və yeni kəmər dərəcələrinin təqdimetmə mərasimi keçirilib. "Batizado"adlanan tədbirə 300-ə yaxın iştirakçı qatılıb.

Tədbirdə Ümumdünya Kapoeyra Federasiyasının Prezidenti Paulo Sales Neto, Braziliyanın ölkəmizdəki səfiri, Macarıstan və Finlandiyadan bu idman-döyüş növünün ustadları iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV