Oğlanlardan ibarət U-16 yığmamız təlim-məşq toplanışına yollanıb

ESTAFET/ 24 aprel tarixindən etibarən Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz, hazırlıq çərçivəsində iki yoxlama oyununu keçirib.

Tahir Baxşıyevin yetirmələri ilk görüşündə "Martveli" U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68-44 hesabı ilə qalib gəlib. İkinci görüş güclü "Dinamo Tbilisi" U-16 komandasına qarşı baş tutub və yığmamız oyundan 73-68 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, təlim-məşq toplanışı 30 aprel tarixinə qədər davam edəcək

Müəllif: Məsim MƏSİMZADƏ