Bakı Şəhər Halqasının əhatə etdiyi əsas prospekt bu gecə də nəqliyyatın istifadəsinə verilir

29 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi axşam saatlarında 20:00-dan 22:00-dək açıq olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilmişdir.

Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

Bununla ilk dəfədir ki, sakinlərin rahatlığını təmin etmək məqsədilə Formula 1 Azərbaycan Qran Prisinin yarış həftəsonunda Bakı Şəhər Halqasını əhatə edən küçə və prospektlərin əsas bir qismi nəqliyyatın istifadəsinə verildi.

Müəllif: Natiq NƏSİROV