7 mayda bütün dünya eyni anda qaçacaq
ESTAFET/ 7 may tarixində bir-birinin ardınca keçirilən qaçış tədbirləri ölkəmizdə bu sahəyə marağın artığını bir daha sübut edir. Belə ki, Dövlət Bayrağı Meydanında, saat 15:00-da keçiriləcək Wings for Life World Run dərhal Bakı Marafonundan sonra start götürəcək.
Bu dünya qaçışı xeyriyyə məqsədilə keçirilir və əldə olunan ianələrin 100%-i onurğa sütununda yaranan problemlərin araşdırılmasına sərf olunur.
Wings for Life World Run-a qoşulmaq üçün www.wingsforlifeworldrun.com saytından qeydiyyatdan keçərək qaçış nömrəsi almaq və Wings for Life World Run tədbiqini telefona yükləmək lazımdır.
Wings for Life World Run qlobal qaçışdır və bütün dünyadan bu qaçışa qoşulan hər kəs eyni gündə və saatda qaçacaq. Qaçışı fərqləndirən digər bir cəhət isə burada finiş xəttinin olmamasıdır. Qaçışa qoşula hər bir kəs qaça bildiyi qədər məsafəni qeyd edə və qaça bilər.
Telefona yüklənən Wings for Life World Run tədbiqində qaçış günü start düyməsini sıxan kimi “Virtual Catcher Car” yəni virtual tutucu maşın iştirakçını izləməyə və ona çatmağa çalışır. İştirakçının əsas məqsədi isə virtual tutucu maşının onu tutmazdan öncə qoyduğu hədəfə çatmaq və qaçışı tamamlamaqdır. Əgər virtual tutucu maşın iştirakçıya çatarsa telefonda səsli bildiriş gələcək və qaçış tamamlanacaq.
Wings for Life World Run 2014-cü ildən bəri keçirilən və bütün dünyanı birləşdirən qlobal qaçışdır. Ətraflı məlumat: link
Tədbirin Facebook linki