La Liqa klubundan 4 milyon avroluq transfer
ESTAFET/ “Malyorka” bu ilin əvvəlində “Vilyarreal”dan icarəyə götürdüyü Manu Morlanesin transfer hüquqlarını da alıb.
24 yaşlı futbolçunun birdəfəlik transferi üçün “Vilyarreal”a 4 milyon avro ödənilib.
İspan futbolçunun “Malyorka” ilə müqaviləsinin müddəti açıqlanmır.
Yarımmüdafiəçi indiki komandasında 9 oyuna çıxıb və 1 qol vurub. O, daha öncə “Almeriya” və “Espanyol”da da forma geyinib.