3x3 basketbol üzrə qadın millimiz 1/4 finala vəsiqəni təmin edib

29-30 iyun tarixlərində 3x3 basketbol üzrə Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində, ilk oyun gününün oyunları davam edir.
Qadınlardan ibarət 3x3 basketbol millimiz, Fransa, Polşa və Malaziya yığmaları birlikdə A qrupunda qərarlaşıb. Yığmamız qrupun ilk oyununda Fransa millisinə 9-21 hesab ilə məğlub olduqdan sonra, ikinci görüşdə Malaziya seçməsinə 21-17 hesabı ilə qalib gəlməyi bacarıb. Bu qələbədən sonra millimiz 1/4 finala vəsiqəni təmin edib.
Qadın komandamızın qrupda sonuncu oyunu Bakı vaxtı ilə saat 22:50 -də, Polşa kollektivinə qarşı baş tutacaq.
