LUKAS "LATSİO"NU "MİLAN"A DƏYİŞDİ
ESTAFET/ "Milan" klubunun rəsmi saytının məlumatına görə, komanda "Latsio"nun 31 yaşlı argentinalı yarımmüdafiəçisi Lukas Bilya ilə 3 illik müqavilə imzalayıb. İtaliya mətbuatı bu müqavilənin 17 milyon + bonus 3 milyon avroya başa gəldiyini bildirir.
Xatırladaq ki, Lukas ötən mövsüm "Latsio"nun heyətində 34 oyunda forma geyib. O bu oyunlarda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 2018-ci ilədək sövdələşməsi olan Lukas müqaviləni yeniləməyib və "Milan"ın təklifini qəbul edib.