İdmançımız Veteranların Avropa Oyunlarında ikinci yeri tutub

Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında daha bir təmsilçimiz medalçılar sırasında yer alıb.
Tamilla Bünyadova 65 yaş kateqoriyası üzrə nizə atma yarışında mübarizə aparıb. Bünyadova 20.28 metr nəticə ilə 2-ci yeri tutub.
