"BU YÜRÜŞÜ ONA HƏSR EDİRƏM" - HEMİLTON
ESTAFET/ Böyük Britaniya Qran Prisinin qalibi Lyusi Hemilton öz qələbəsini Billi Monqerə həsr etdiyini bildirib. Xatırladaq ki, 18 yaşlı Billi Monqer Doninqtonda Formula 4 yarışları zamanı ağır zədə alaraq hər iki ayağını itirmişdi.
Lyuis Hemilton: "Qələbələr heç vaxt asan əldə olunmur. Silverstoundakı qələbə isə izahedilməzdir. Fəxr edirəm ki, ətrafda bu qədər Britaniya bayraqları görürəm. Azarkeşlərin dəstəyi inanılmaz idi, bunun üçün onlara minnətdaram.
Komanda bu həftəsonu səhvsiz işlədi, hər şey ideal alındı. Əlbəttə mən titulu qazanmaq istəyirm, amma hələ buna çox var. Bir daha hər kəsə dəstəyə görə təşəkkür edirəm. Avtodroma gəldiyinə görə, xüsusi olaraq Billi Monqerə təşəkkür edirəm. O məni bu həftəsonu ruhlandırdı və bu yürüşü ona həsr edirəm".