Qızlarımız ev sahibi üzərində rahat qələbə qazandı - VİDEO

ESTAFET/ Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda qızlardan ibarət millimizin ilk oyunu baş tutub.
B qrupunda qərarlaşmış millimiz qrupun ilk oyununda yerli Andorra seçməsini 64-50 hesabı ilə məğlub edərək Avropa çempionatına qələbə ilə start verib. Qızlardan ibarət millimizin qrupdakı ikinci oyunu Moldova yığmasına qarşı olacaq.
Oyun 19 iyul Bakı vaxtı ilə saat 19:00 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.
