Qızlardan ibarət U-16 millimiz bütün oyunlarında qələbə qazanaraq Avropa çempionu oldu

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun final oyunu baş tutub.

U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız, yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.

Müəllif: Məsim MƏSİMZADƏ