U-18 yeniyetmələr arasında Qərb bölgəsi üzrə region birinciliyi keçirildi

30 iyulda Goranboy Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birinciliyi baş tutub.

Yarışda Qərb regionunu təmsil edən 11 komandadan 169 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Yarışın açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirin açılışında Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisi İntiqam Hüseynov, Goranboy şəhər icra hakimiyyətinin nümayəndələri və digər rəsmi nümayəndələr iştirak ediblər.

Medalçıların siyahısını təqdim edirik:

Qızlar

-44 kq.
1. Gülgəz Musayeva
2. Sona Quliyeva
3. Nəzrin Musayeva

-48 kq.
1. Zeynəb Məhərrəmova
2. Nəzrin Hüseynli
3. Mədinə Əliyeva

-52 kq.
1. Emilya Orucova
2. Zeynəb Hüseynova

-57 kq.
1. Zeynəb Şərbətova
2. Flora Əliyeva

Oğlanlar

-46 kq.
1. Əhməd İbrahimov
2. Rizvan Əsədov
3. Rəvan Bəhmımov
3. Böyükkişi Ələkbərov

-50 kq.
1. Sadiq Quliyev
2. Zaməddin Bağırov
3. Kənan Abbaszadə
3. Fərman Muqumov

-55 kq.
1. İlkin Qarayev
2. Hüseyn Teymurov
3. Sənan Mehdiyev
3. Ələsgər Məmmədli

-60 kq.
1. Sadiq Məmmədov
2. Bəhruz Sadıqov
3. Rüstəm Cabbarov
3. Özqan Quliyev

-66 kq.
1. Sadiq İsgəndərli
2. Nicat Qəhrəmanova
3. Emin Hüseynov
3. Əli Rüstəmli

-73 kq.
1. Yunis İbrahimzadə
2. Riad Mustafayev
3. Murad Vəliyev
3. Tamerlan Əliyev

-81 kq.
1. Aydın Axundov
2. Babək Sadiqov
3. Abbas Hüseynov
3. Emil Həşimov

-90 kq.
1. Mahir Məmmədov
2. Aqil Vəliyev
3. Kənan İsmayılov
3. Nihad Hacızadə

Müəllif: Natiq NƏSİROV