Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil dillərindən biri Azərbaycan dili oldu

BCF-in Akademiyası və ACF arasında bu ilin may ayında əldə olunmuş razılığa əsasən Azərbaycanlı məşqçilərin BCF Akademiyasında doğma dildə təhsil almaq imkanları üçün bütün tədris və imtahan materialları Azərbaycan dilinə tərcümə olunub və təhsil platformasına yerləşdirilib. Bununla da, məşqçilərin beynəlxalq dərəcəli sertifikat əldə etmələri üçün platformanın İngilis, Fransız, Rus, Türk, Alman, İspan, Ərəb dili kimi aparıcı dilləri ilə yanaşı Azərbaycan dili də siyahıya əlavə olunub.

Qeyd edək ki, BCF-in Akademiyasında təhsil cüdo idman növü üzrə beynəlxalq sertifikat təqdim edən və təhsil sahəsində liderlik edən bir sistemdir.

Müəllif: Natiq NƏSİROV