Çimərlik voleybolçularımız turnirdə mübarizəni başa vurublar

Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak ediblər.

Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokunda iştirak edən Vadim Kutukov və Heydər Məmmədli 1/4 finalda yarışın favoriti hesab olunan Litva komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda təmsilçilərimiz məğlub olaraq ilk səkkizlikdə yer alıblar. Komandamız bundan əvvəl Ukrayna və Gürcüstan təmsilçiləri ilə görüşüb və qalib gəlib.

Qeyd edək ki, ölkəmiz bu yarışda həm də qadınlardan ibarət komandalarımızla təmsil olunub. Fidan Əhmədxanova-Larisa Smeltsova cütü 1/8 finaladək irəliləyib və yarışın 5-cisi olublar. Digər komandamız isə ilk mərhələdə mübarizəni dayandırıb.

Müəllif: Bəhruz MƏMMƏDOV