"Neftçi" Debretsen mərhələsinə inamlı qələbə ilə başladı

27 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunlarına start verilib.

Təmsilçimiz "Neftçi" ilk qrup oyununda Ukrayna millisi ilə üz-üzə gəlib və rəqibini 22-6 hesabı ilə məğlub edib.

"Neftçi" nin qrupdakı sonuncu oyunu Bakı vaxtı ilə saat 16:40 -da U-24 ABŞ seçməsinə qarşı baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ