“Qəbələ”dən Macarıstan klubu ilə heç-heçə

ESTAFET/ “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında 2023/2024 mövsümünün ilk oyununa çıxıb.

“Qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən cütün ilk duelində 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açsa da, macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.

Komandalar arasında cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV