Azərbaycanın parakarateçisi dünya çempionu oldu

ESTAFET/ Macarıstanda karate üzrə dünya çempionatı başa çatıb.
Paytaxt Budapeştdə reallaşan yarışın son günündə mükafatlar uğrunda görüşlər keçirilib.
Parakarateçimiz Emiliya Mitlinova final qarşılaşmasında çexiyalı həmkarı ilə üz-üzə gəlib. Fəndləri daha dəqiq yerinə yetirən millimizin üzvü fəxri kürsünün zirvəsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl karateçi İrina Zaretska (68 kq) dünya çempionu olmuşdu.
