Azərbaycan karateçisi beşinci dəfə dünya çempionu olub

Azərbaycan Karate Federasiyasının idmançıları Aşihara növü üzrə Yaponiyanın Matsuyama şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.
Təmsilçilərimizdən -60 kq çəki dərəcəsində iştirak edən Musa Musazadə bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu tituluna yiyələnib. 14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Digər həmyerlimiz Fərman Rəhimov isə çempionatı 3-cü yerdə başa vurub.
