Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı

Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının sonuncu yarış günündə -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev Gürcüstan təmsilçisi İlia Sulamanidze üzərində qələbə qazanaraq qızıl medal əldə etdi.
