ll Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib

Noyabrın 6-da ll Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə Qazaxıstan mədəniyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Ardınca iştirakçı ölkələrin paradı keçirilib. İlk olaraq Azərbaycan nümayəndələri səhnəyə çıxıblar. 

Daha sonra təşkilatçı ölkə, Qazaxıstanın rəsmi şəxsləri çıxış ediblər. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, ll Türk Dövlətləri Universiadası noyabrın 10-dək davam edəcək. Yarışda Azərbaycan idmançıları 4 idman növündə, 38 idmançı ilə təmsil olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV