Savat Federasiyası "ZƏFƏR GÜNÜ"nə həsr edilən birincilik təşkil edəcək

12  noyabr tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Savat Federasiyası və “Çempion” idman klubunun birgə təşkilatçılığı ilə  8 noyabr "Zəfər günü"nə həsr olunmuş açıq turnir keçirəcək.

Turnirdə 10-dan artıq idman klubundan 100-ə qədər idmançı peşəkar "Pro kəmər" uğrunda mübarizə aparacaq.  Sonda qaliblər diplom və medallarla mükafatlandırılacaq.

Qeyd edək ki, birincilikdə fərqlənən döyüşçülər gələcəkdə Savat idman növü üzrə milli komandanın heyətinə cəlb olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV