Azərbaycan yığması 9 cavabsız qolla uduzdu

ESTAFET/ 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sloveniyada təşkil olunan matçda millimiz meydan sahibi komanda ilə qarşılaşıb.
Oyun 9:0 hesabı ilə Sloveniya yığmasının xeyrinə başa çatıb.
Millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 14-də Moldova yığmasına qarşı keçirəcək.
