Üzgüçülük idman növü üzrə Azərbaycan Kuboku yarışları keçiriləcək

Azərbaycanda  Üzgüçülük idman növü üzrə Azərbaycan Kuboku yarışları keçiriləcək.

Noyabrın 16-da Bakı Su İdman Sarayında Üzgüçülük idman növü üzrə Azərbaycan Kuboku yarışları start götürəcək. Yarışlarda bütün 200 FİNA xalı toplamış idmançılar iştirak edə bilərlər. Bu turnir çox növçülük üzrə ölkə kuboku olmaqla şəxsi xarakter daşıyır və 120-ə yaxın müxtəlif yaşlarda olan idmançının mübarizəyə qatılacağı gözlənilir.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə idmançıların həvəslənməsi məqsədilə bu yarışın reqlamentinə bəzi dəyişikliklər nəzərdə tutulub. Belə ki, bu turnirdə bütün idmançılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparacaqlar. İdmançılar kübok uğrunda yarışmada ilk pilləninin qalibindən başqa digər yaxşı nəticələr göstərən idmançılar da medal və diplomlarla təltif olunacaqlar.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə 4 gün davam edəcək ölkə kuboku yarışlarına noyabrın 19-da yekun vurulacaq. Son günü ölkə kubokunun qalibi və digər yüksək nəticə göstərən idmançılar mükafatlandırılacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV