Diana Dımçenko "Silver Skiff" reqatasında iştirak edəcək

4-5 noyabr tarixində İtaliyanın Turin şəhərində akademik avarçəkmə üzrə “Silver Skiff” beynəlxalq reqatası keçiriləcək. Turnirdə müxtəlif yaş kateqoriyaları və peşəkarlardan ibarət 700-dən artıq idmançı mübarizə aparacaq. Reqatada Azərbaycanı yığma komandamızın üzvü Diana Dımçenko təmsil edəcək.
Xatırladaq ki, “Silver Skiff” reqatası 32-ci dəfədir təşkil edilir. Dımçenko ötən il bu yarışda gümüş medala sahib olub.
