Birminqemdə medal qazanan gimnastlarımızı Vətənə qayıdıb

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batutgimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qruplarıyarışlarında medal qazanan gimnastlarımız Vətənə qayıdıb.

İdmançıları Heydər Əliyev BeynəlxalqAeroportunda Azərbaycan Gimnastika Federasiyasının, idmanictimaiyyətinin nümayəndələri, həmkarları, habelə qohumları,yaxınları və media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, batut üzrə yığma komandasının üzvləri İbrahimMustafazadə və Əmmar Baxşəliyev batut gimnastıkası üzrə sinxronproqramda gümüş medal qazanıblar. Sinxron proqramında SamirəHüseynova və Ayan Şabanova da gümüş medal qazanıblar. Qeyd edək ki,bu nəticə Azərbaycan gimnastikası tarixində qadınlar arasındasinxron tullanma proqramında yaş qrupları arasında keçirilən dünyaarışlarında ilk nailiyyətdir.

Akrobatik tullanma (tamblinq) üzrə Azərbaycan milli komandasınınüzvü Aleksey Karataşov yaş qrupları arasında keçirilən dünyayarışlarında bürünc medala layiq görülüb.

Vətənə qayıdan idmançılar və akrobatika (tamblinq) üzrəAzərbaycan milli komandasının baş məşqçisi Adil Hüseynzadə yarışdaiştirakla bağlı təəssüratlarını media nümayəndələri iləbölüşüblər.

Adil Hüseynzadənin sözlərinə görə, tamblinq üzrə yeniyetmələrkomandası çox perspektivlidir:

"Aleksey Karataşov bacardığından artığını edib. Rəqibləri çoxgüclü və bir az yaşlı idilər. İndi bizim əsas vəzifəmiz ondanibarətdir ki, Aleksey Karataşov gələn ilin aprelində Qimaraynşşəhərində (Portuqaliya) keçiriləcək Avropa çempionatında yaxşınəticə göstərsin".

Tamblinq üzrə yığmamızın baş məşqçisi noyabrın 9-12-dəBirmin1emdə keçirilən batut gimnastikası və tamblinq üzrə 37-cidünya çempionatında Azərbaycan gimnastlarının nəticələrinə dətoxunub.

Xatırladaq ki, Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraqkomanda üzvü Mixail Malkin tamblinq proqramı üzrə dünyaçempionatında qızıl medal qazanıb. Həmçinin, M.Malkin və tamblinqüzrə Azərbaycan milli komandasının üzvləri - Tofiq Əliyev, AdilHacızadə, Elnur Məmmədov milli gimnastika tarixində ilk dəfəkomanda yarışında qızıl medal qazanıblar.

"Dünya çempionatında biz iki tarixi medal qazana bildik.Mütəxəssislər qızıl medal qazana biləcəyimizi proqnozlaşdırırdılar.Və uşaqlar ora qalib gəlmək üçün getdilər!", - deyə Adil Hüseynzadəəlavə edib.

Gimnastlar Samirə Hüseynova və Ayan Şabanova növbəti yarışlardabirinci yeri tutmağa çalışacaqlarını vurğulayıblar.

"Yaş qrupları arasında dünya yarışları yaxşı keçdi və biz hərşeydən həzz aldıq. Amma daha çox çalışmaq lazımdır. Böyük dəstəyəgörə Azərbaycan Gimnastika Federasiyasına, məşqçimizə təşəkküredirik", - deyə S.Hüseynova bildirib.

"İkinci yeri tutanda çox sevindik. Yaş qrupları arasında dünyayarışlarında hazırlıq yaxşı keçdi və biz də nəticədən çox razıqaldıq. Gələn il Avropa çempionatında iştirak edəcəyik, birinciyeri tutmaq üçün buna ciddi hazırlaşacağıq", - deyə Ayan Şabanovaəlavə edib.

İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yarışların gözəlkeçdiyini, onların yaddaşında çoxlu xoş anlar yaşadıqlarını qeydediblər.

"Yaş qrupları arasında dünya yarışlarında yaxşı nəticələrgöstərdik. Məşqçilərimizə təşəkkür edirik, onların ümidlərinidoğrultmağa çalışdıq. Ümid edirik ki, qarşıdan gələn Avropaçempionatında birinci yeri tutacağıq", - deyə idmançılarbildiriblər.

(Trend)

Müəllif: Bəhruz MƏMMƏDOV