MOSKVA QP - MEDALSIZLIQ DAVAM EDİR: MÜKAFATÇILAR

ESTAFET/ Taekvondo üzrə Qran-Pri seriyasından olan Moskva Qran Prisi davam edir. Yarışların ikinci günü də yığmamız medalsız qalıb. 

 
Bu gün Moskvada daha 3 çəki dərəcəsində - qadınlarda 49 kq, kişilərdə isə 58 və 80 kqda qalib və mükafatçılar müəyyənləşib. 
 
Təmsilçilərimizdən bu gün dayanq üzərinə Qaşım Məhəmmədov (58 kq) çıxıb və o ilk görüşdən meydan sahibi Stanislav Denisova məğlub olaraq mübarizəni dayandırıb. 
 
Qran-Prində ilk günün qalib və mükafatçıları isə aşağıdakı kimi formalaşıb.
  
Qadınlar 49 kq
1. Panipak Vonqpattanakit (THA)
2. So Hui Kim (KOR)
3. Kamila Rodrigez (COL)
3. Tijana Boqdanoviç (SRB)     
 
Kişilər 58 kq
1. Tae Hun Kim (KOR)
2. Ramnaronq Savekvihari (THA)
3. Mohammad Kazemi (IRI)
3. Xesus Tortosa Kabrera (ESP)
 
Kişilər 80 kq
1. Anton Kotkov (RUS)
2. Aaron Kuk (MDA)
3. Çeyk Sallah Sisse (CIV)
3. Hun Kim (KOR) 
 

Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.