Azərbaycanlı hakim ÇL matçına təyinat aldı

ESTAFET/ Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. 

O, A qrupunda yer alan “Ziraat Bank Ankara” (Türkiyə) və “Qrupa Azoti” (Polşa) komandalarının matçında birinci hakim olacaq. 

Qarşılaşma bu gün saat 21:00-da başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV