Rumıniya ilə oyun polşalı hakimlərə tapşırıldı

ESTAFET/ Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində keçiriləcək Azərbaycan – Rumıniya oyununa hakim təyinatları açıqlanıb.
Dekabrın 15-də Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da start götürəcək matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.
DÇ-2024-ün elit-raund mərhələsi
Azərbaycan – Rumıniya
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz
Timekeeper: Ramil Namazov (Azərbaycan)
15 dekabr. Bakı idman Sarayı. Saat 20:00
