"İNTER" DOĞMA MEYDANINA QAYITDI

ESTAFET/ "İnter" Peşəkar İdman Klubunun yaydığı rəsmi məlumata görə, AFFA və "Aqrarkredit" SKT arasında aparılan danışıqlar nəticəsində qərara alınmışdır ki, "İnter" PİK-in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində "İnter Arena" stadionunda qalaraq fəaliyyət göstərəcəkdir.
"İnter" PİK-in əsas komandası növbəti mövsümdə ev oyunlarını İnter Arena stadionunun əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da İnter Arena stadionunda fəaliyyət göstərəcək.
