UEFA SUPERKUBOKU MADRİDƏ GETDİ
ESTAFET/ Bu gün bütün futrbolsevərlərin səbirsizliklə gözlədikləri oyun - UEFA Superkuboku uğrunda qarşılaşma keçirilib.
Makedoniya paytaxtı Skopyenin "II Filip" stadionunda Çempionlar Liqasının son qalibi İspaniya "Real"ı Avropa Liqasının son qalibi İngiltərə "Mançester Yunayted"i ilə qarşılaşırdı.
Birinci hissədə Kazemironun qolu ilə "Real" fasiləyə üstün yollandı. İkinci hissədə hərəyə bir dəfə fərqlənən komandalardan "Real" görüşü 2:1 hesablı qələbə ilə bitirərək UEFA Superkubokuna 4-cü dəfə sahib olub.
UEFA Superkuboku
8 avqust, 22:45
"Real" (Madrid, İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 2:1
Qollar: Kazemiro - 24, İsko - 52 : Lukaku - 62
Baş hakim: Canluka Rokki
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Hakimin əlavə köməkçiləri: Massimiliano İrrati, David Massa
Ehtiyat hakim Rikkardo Di Fiore (hamısı İtaliya)
Dördüncü hakim: Klement Turpin
UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)
"Real": Keylor Navas, Dani Karvaxal, Serxio Ramos, Rafael Varan, Marselo, Kazemiro, Toni Kroos, İsko, Luka Modriç, Qaret Beyl, Karim Benzema
"MY": David De Xea, Antonio Valensiya, Kris Smollinq, Lindolf, Darmian, Matiç, Andre Herrera, Pol Poqba, Henrik Mxitaryan, Cessi Linqard, Romelu Lukaku