Voleybolçu qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək

ESTAFET/ Dekabrın 23-də 16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.

Yarışda 18 komanda iştirak edəcək.

Reqlamentə əsasən, komandalar bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

Birincilikdə mübarizə aparacaq komandalar qruplar üzrə aşağıdakı kimi bölünüb:

A qrupu: “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.

B qrupu: “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.

Görüşlər Azərbaycan Voleybol Federasiyasının və UNEC-in idman zalında keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV