Bu gün 16 yaşlı və 16 yaşadək voleybolçu qızlar arasında birinciliyə start verilib

Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunan yarışın ilk günündə bir oyun keçirilib. Birinciliyin açılış matçında “AZERRAIL-3” komandası “AZERRAIL-1” ilə qarşılaşıb. Matçın qalibi “AZERRAIL-1” komandası olub - (2:0).
Yarışın növbəti oyunları sabah AVF-nin və UNEC-in İdman zallarında baş tutacaq.
Qeyd edək ki, birincilikdə 18 komanda iştirak edir. Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.
A qrupu: - “Ryuga”, “Aura”, “AZERRAIL-1”, “AZERRAIL-3”, “Xarı Bülbül Laçın”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.
B qrupu: - “AZERRAIL-2”, “AZERRAIL-4”, “Xarı Bülbül Şuşa”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.
23 dekabr
A qrupu
“AZERRAIL-3” - “AZERRAIL-1” (0:2)
24 dekabr
10:00. “Aura” - “Lokomotiv” (AVF-nin İdman zalı)
11:00. “Xarı Bülbül Laçın” - “Sumqayıt” (UNEC-in İdman zalı)
11:30. “Abşeron” - “Milli Aviasiya Akademiyası” (AVF-nin İdman zalı)
B qrupu
12:30. “Murov Az Terminal” - “Bakı klubu” (UNEC-in İdman dman zalı)
13:00. “AZERRAIL-4” - “Xarı Bülbül Şuşa” (AVF-nin İdman zalı)
14:00. “Zəngəzur” - “Dinamo” (UNEC-in İdman zalı)
