Azərbaycan millisi 14 voleybolçu ilə hazırlaşır

ESTAFET/ Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz yarışa hazırlıqlarını davam etdirir.

Komanda məşq prosesini AVF-nin İdman zalında və Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçir.

Təlim-məşq prosesinə yarışda iştirak edəcək 14 idmançı cəlb olunub. 

Qeyd edək ki, EEVZA çempionatı 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunacaq.  

Komandamız AÇ-2024-ə seçmə xarakteri daşıyan yarışa yanvarın 10-da yola düşəcək. Səbuhi Əliyevin rəhbərlik etdiyi kollektiv ilk oyununu yanvarın 11-də Estoniya kollektivinə qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV