“Sabah” ikinci görüşündə məğlub oldu

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib.

Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Murad Musayevin rəhbərlik etdiyi komanda meydançanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

“Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

Müəllif: Məsim MƏSİMZADƏ