"QARABAĞ" QƏLƏBƏSİNƏ SEVİNƏ BİLMƏDİ

ESTAFET/ Bu gündən etibarən Azərbaycan Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürüb. Mövsümün açılışı Azərbaycan derbisi ilə başlayıb. Belə ki, 8-ci km qəsəbəsində yerləşən "Bakcell Arena"da Bakı "Neftçi"si son ölkə çempionu Ağdam "Qarabağ"ını qəbul edirdi.

 

Gözlənildiyi kimi, oyun "Qarabağ"ın üstünlüyü şəraitində keçdi və çempion 3:1 hesablı layiqli qələbə qazandı. Lakin qarabağlılar bu qələbəyə o qədər də sevinə bilmədilər. Belə ki, uzun müddətdir zədə səbəbindən oynamayan Dani Kintana oyunun sonlarına yaxın meydana çıxsa da, yenidən zədələnərək meydanı tərk edib. 


Azərbaycan Premyer Liqası, I tur

 

11 avqust 2017, saat 21:00

"Neftçi" - "Qarabağ" 1:3

Qollar: Rahid Əmirquliyev - 90+2-öz qapısına : Mahir Mədətov - 14, 40, Dino Ndlovu - 63  
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim inspektor: Məlik Həsənov
"Bakcell Arena"

 

"Neftçi": 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk
Baş məşqçi: Elxan Abdullayev

"Qarabağ": 1. Anton Konibalotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov