Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb

Fiqurlu konkisürən idmançımız Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanı fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva  2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatına vəsiqə qazanıb.

Bu uğuru idmançımız 22-28 yanvar tarixlərində  Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında  əldə edib. Belə ki Səbinə Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və  2-ci yerə sahib olub.

Müəllif: Bəhruz MƏMMƏDOV