AVF yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir

Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində 24-25 yanvar tarixlərində Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olublar.

Bu rayonlarda yerləşən bütün orta məktəblərdə olan mütəxəssislər şagirdlərlə görüş keçirib, onlara voleybol haqqında məlumatlar veriblər. Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.

Qeyd edək ki, seçilmiş uşaqlar yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatmanın rəhbərliyi ilə yaxın aylarda keçiriləcək “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”nə cəlb olunacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV