Diniyevin komandası evdə xal itirdi

ESTAFET/ Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.
Bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" "Sakaryaspor"la qarşılaşıb.
İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
"Ümraniyəspor" bu nəticədən sonra 24 xalla 10-cu pillədə qərarlaşıb.
