Super Liqa klubunda yeni baş məşqçi

ESTAFET/ Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri müəyyənləşib.
Klubun rəsmi saytının xəbərinə görə, o, “Kayserispor”a baş məşqçi təyin olunub.
38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Burak Yılmazın son klubu “Beşiktaş” olub. O, ötən ilin oktyabrında Şenol Günəşin istefa verməsindən sonra bir ay komandaya rəhbərlik edib.
“Kayserispor” Türkiyə Super Liqasının turnir cədvəlində 26 xalla 12-cidir.
