"Xırdalan" dan sürpriz Xaçmaz qələbəsi

ESTAFET/ 10 fevral Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun sonuncu oyunu baş tutub.

Çempionatın güclü kollektivlərindən sayılan "NTD-İNDİQO", son zamanlar yüksəlişdə olan "Xırdalan" klubu ilə üz-üzə gəlib. Gərgin oyunun yekununda qonaqlar 84-77 hesablı qələbəyə seviniblər. Bu müntəzəm mövsümdə "Xırdalan" klubunun 9-cu qələbəsi olub.

Ən məhsuldar basketbolçular: "NTD-İNDİQO" (Əkbər Məmmədov - 17 xal, 11 ribaund), "Xırdalan" (Teyvion Körk - 18 xal, 8 ribaund)

Müəllif: Məsim MƏSİMZADƏ