Dviçayo "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəldi!

Azərbaycan Badmintonçusu Edi Reski Dviçayo "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.
Edi 1/8 finalda hindistanlı Govind Krişnaya 2:0 (21-19,21-18) hesabı ilə qalib gəlib.
Badmintonçu bu nəticədən sonra 2200 reytinq xalı qazanıb.
Edi Reski Dviçayo yarımfinala gedən yolda Hindistanın digər təmsilçisi Ayuş Şetti ilə qarşılaşacaq.
